Qaqani’s Weblog


Azərbaycan unikal beynəlxalq tədbirdə təmsil olundu

Posted in Avropa,Azərbaycan by qaqani on February 17, 2008

Azərbaycan Yeni Media və İT Mütəxəssisləri üçün KonfransdaBarCamp Baltik 2008 (www.barcamp.lv)Reval Latviya Oteli, Riqa, Latviya (Fevral 8-10, 2008) BarCamp Baltics 8-10 fevral 2008-ci ildə Riqada, Reval Latviya Otelində keçirildi. BarCamp yeni media mütəxəssisləri, bloq yaratma, podkastinq, sosial şəbəkələşmə, vətəndaş jurnalistikası, veb layihələrin inkişafı, web 2.0 konsepsiyası, open source software, mobil telefon internet əlaqəsi (WAP) və bununla bağlı şəxslər üçün unikal beynəlxalq konfrans idi. İlk dəfə idi ki, Baltikyanı Dövlətlər də daxil olmaqla Şərqi Avropa, MDB-də bu səviyyədə və miqyasda beynəlxalq tədbir keçirilirdi. Baltikyanı ölkələrdən, MDB-dən, Mərkəzi və Qərbi Avropadan və Amerikadan (cəmi 20-dən çox ölkə) informasiya kommunikasiya texnologiyaları üzrə 300-dən çox iştirakçı tədbirə qatılmışdı. Azərbaycanı tədbirdə 5 iştirakçı təmsil edirdi – Emin Hüseynzadə, Rəşad Mehbaliyev, Elmar İsmayılov, Rəşad Əliyev və İlqar Mirzə. Azərbaycanlı iştirakçılar tədbirin açılış gecəsində digər iştirakçılara Azərbaycan şirniyyatı – paxlava payladılar, müsabiqə təşkil etdilər, Azərbaycanla bağlı suallara düzgün cavab verən şəxslərə mükafatlar verdilər. Yalnız Azərbaycanlı iştirakçılar milli bayraq, şirniyyat, açıqca, hədiyyə və Azərbaycanla bağlı digər əşyalar gətirmişdilər.İştirakçılar informasiya texnologiyalarının inkişafının liderləri, stabil oxucu auditoriyasına malik internet səhifələrinin yaradıcıları və sahibləri, internetlə bağlı müxtəlif sahələrin təmsilçiləri (dizaynerlər, sahibkarlar, KİV, sosial münasibətlər üzrə mütəxəssislər və s.) idilər. BarCamp “qeyri-konfrans” statusu daşıyırdı. Bu status tədbirin açıq müzakirələrlə müşayiət olunan qeyri-formal və qeyri-rəsmi ruhunu vurğulayırdı. Tədbirin təşkilatçıları elə tədbirin iştirakçıları idilər. Tədbir ərzində hər biri 30 dəqiqə davam edən 4-5 sinxron sessiya (təqdimatlar, nitqlər, mühazirələr, müzakirələr və s.), ümumilikdə bir konfrans günündə təxminən 40 təqdimat edildi. Konfrans həm Rus, həm də ingilis dilində keçirilirdi. İştirakçıların daha yaxşı başa düşdükləri dilə uyğun sessiyanı seçmək imkanı var idi. Rəşad Mehbaliyev mail qruplar haqqında ingiliscə, Rəşad Əliyev isə mobil reklam haqqında rus dilində təqdimat etdi.Tədbirin məqsədi informasiya texnologiyaları və yeni medianın Baltikyanı və MDB ölkələrində inkişafını stimullaşdırmaq, təcrübə mübadiləsinə, səhvlərin analizi və münasib həll yollarının tapılmasına yardımçı olmaq, iştirakçı mütəxəssislər arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq mühiti və yeni medianın ümumi görünüşünün formalaşdırılması, birgə layihələrin, o cümlədən beynəlxalq layihələrin inkişafını asanlaşdırmaq, dünyada qeyri-kommersiya layihələrinin (Creative Commons, Global Voices Online, Wikipedia, NewsAssignment and others), həmçinin vətəndaş jurnalistikasının inkişafına töhfə vermək idi. Tədbirdən əvvəl, tədbir zamanı və tədbirdən sonra informasiya dəstəyini iştirakçıların 300-dən çox şəxsi internet səhifələri və bloqları, yeni media saytları və bloqları, onlayn qəzetlər, jurnallar, sosial şəbəkə saytları, informasiya texnologiyaları üzrə ixtisaslaşmış KİV, Latviya mətbuatı, televiziyası və radiosu, xarici ölkələrin informasiya agentlikləri və nəşrləri təmin edirdi.BarCamp-ın unikallığı onda idi ki, Avropada ilk dəfə İnnovasiya İnkubatoru adlı tədbir də keçirildi. Bu yeni və maraqlı layihə müəlliflərinin öz ideyalarını həyata keçirmək üçün müsabiqə idi. Azərbaycanlıların sosial və kommersiya ideyaları digərləri tərəfindən maraqla qarşılandı.Tədbirin sonunda oxşar tədbirlərin Azərbaycanda, Rusiyada, Qazaxıstanda, Qırğızıstanda, Ukraynada, Litvada və digər ölkələrdə keçirilməsi qərara alındı.

Advertisements

2 Responses to 'Azərbaycan unikal beynəlxalq tədbirdə təmsil olundu'

Subscribe to comments with RSS or TrackBack to 'Azərbaycan unikal beynəlxalq tədbirdə təmsil olundu'.

  1. Rəşad Mehbaliyev said,

    Artıq Azərbaycan da BarKamp hərəkatına qoşulur. Ətrafli burada http://www.barcamp.az


  2. BarKamp Azərbaycanın sosial şəbəkəsinin ünvani http://network.barcamp.az


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s


%d bloggers like this: